“Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Sumqayıt Bələdiyyəsinin rolu” mövzusunda tədbir keçirilib

“Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Sumqayıt Bələdiyyəsinin rolu” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Ağsaqqallar və veteranlar şurasının və məhəllə komitələrinin üzvləri iştirak ediblər.

Çıxış edən Sumqayıt bələdiyyəsinin sədri Sultan Əsədov qeyd edib ki, Azərbaycan Respublikasının bütün bölgələri kimi, Sumqayıt şəhəri də dinamik inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin  rəhbərliyi, yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən abadlıq, quruculuq və tikinti işləri şəhərin simasını tamamilə dəyişib. Sumqayıtda aparılan abadlıq quruculuq işlərinə şəhər Bələdiyyəsi də öz töhfəsini verib.

Qeyd olunub ki, Yaşıl Dərə Massivinə və Xəzər Bağlarına asflat örtüyü döşənib. Novxanı bağları ərazisində yol genişləndirilərək yüksək keyfiyyətli asfalt vurulub.

Daha sonra çıxış edən Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Sumqayıtın fəxri vətəndaşı Müzəffər Gülümov  və digərləri bildiriblər ki, şəhərdə görülən işlər sistemli, planlı və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, vahid yanaşmaya əsaslanan proqram çərçivəsində və konseptual şəkildə aparılır. Şəhərin inkişafı ilə əlaqədar nəzərdə tutulan tədbirlər mərhələ-mərhələ uğurla icra edilir.








Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az