Sumqayıt Bələdiyyəsi 2019-cu ilin hesabatını verdi

Sumqayıt Blədiyyəsində 2019-cu ilin yekunları ilə bağlı hesabat tədbiri keçirilib.

Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Bələdiyyənin hesabatını diqqətə çatdırıb.
S.Əsədov qeyd edib ki, 2019-cu il Sumqayıt şəhərinin tarixində yubiley ili kimi qalıb, şəhərin 70 illik yubileyi münasibəti ilə təşkil edilmiş çoxsaylı bayram tədbirlərində Sumqayıt Bələdiyyəsi də yaxından iştirak edib.

Vurğulanıb ki, hazırda Sumqayıt özünün ikinci həyatını yaşayır: "Son 4 il şəhərin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Suymqayıtlılar bir daha sübut edirlər ki, onlar Azərbaycanın ümummilli lideri cənab Heydər Əliyevin “ Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir. Ölkəmizin dayağıdır, gözəl bir guşəsidir” sözlərinə layiqdirlər. Sumqayıtın həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Sumqayıt şəhərinin ildən – ilə inkişaf edən sosial sahələrinin insanların yaşayış səviyyəsini yüksək standartlara çatdırmışdır".
Sədr qeyd edib ki, Sumqayıt Bələdiyyəsi öz fəaliyyətini şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun müəllifi olduğu Sumqayıtın yeni inkişaf Konsepsiyasına və bələdiyyənin yerli sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr proqramları əsasında qurmuşdur.
Məlumat verilib ki, 2019-cu ildə yerli büdcənin gəlirləri 1milyon 344 min manat, o cümlədən  2 yüz 10 min manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 84 faiz səviyyəsində icra olunmuşdur.
Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 402 min 527manat və ya 126,5 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 416 min 484 manat və ya 77,1 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 93 min 768manat və ya 37,5 faiz olmuşdur.
Diqqətə çatdırılıb ki, hesabat ili ərzində bələdiyyə ərazisində 4 iri həcmli layihə, o cümlədənyerli  əhəmiyyətli  yolların saxlanılması sahəsində 3 layihə həyata keçirilmişdir. Layihələrin reallaşdırılması üçün  yerli büdcədən 298 min manat məbləğində vəsait ayrılmışdır. Qeyd etmək lazımdır ki, Sumqayıt Bələdiyyəsinin sifarişləri əsasında şəhərin  bir neçə ərazilərində, o cümlədən bağlar zonasının 19, 33 və 39 saylı avtobus marşurutları üzrə yollar salınmış, asfalt örtükləri təmir edilmişdir və s.

Daha sonra Bələdiyyənin Məhəllə Komitələrinin sədrlərinin çıxışları olub. Onlar şəhərimizdə aparılan çoxşaxəli yenidənqurma işlərini ictimaiyyətin də təqdir etdiyini bildiriblər. Məhəllə komitə sədləriinin çıxışlarında bir sıra məsələlər də qaldırılıb, həmin məsələlər müvafiq olaraq qeydə alınıb. 
Ümumilikdə məhəllə komitələrinin sədrləri Sumqayıt Bələdiyyəsinin işinin qənaətbəxş olduğunu ifadə ediblər. 

Hesabat tədbirində iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev şəhərdə aparılan işlər, sosial-iqtisadi və infrastruktur layihələrini diqqətə çatdırıb, 2020-ci il ərzində şəhərdə icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. 
S.Quliyev şəhərdə aparılan quruculuq işlərində Bələdiyyənin rolunu vurğulayıb və qurumun Sumqayıtın müasirləşməsində daha fəal iştirak edəcəyindən əminliyini ifadə edib.





Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az