Sumqayıtın nümayəndə heyəti Ankarada rəsmi səfərdə olub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə olub.

Səfərdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak edib.

Səfər çərçicəsində Zakir Fərəcov Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhər əlaqəsinə malik olan Ankaranın Keçiören bələdiyyəsinin sədri Turqut Altınokla görüşüb.

Görüşdə vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bütün sahələrində özünü təsdiq edib. İki ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında uğurla davam etdirilir.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qərara alınıb ki, Ankara şəhərində Xocalı faciəsinin qurbanlarının xatirəsinnə ithaf olunmuş abidə şəhərin mərkəzinə köçürülsün. Nümayandə heyətinin iştirakı ilə abidənin yerləşəcəyi yeni əraziyə baxış keçirilib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını da ziyarət edib, Anıtqəbr muzeyi ilə tanış olublar.









Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az