Sumqayıt Bələdiyyəsi qadınları mükafatlandırıb

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Sumqayıt Bələdiyyəsində tədbir keçirilib, tədbirdə qadın bələdiyyə üzvləri və bələdiyyə icra aparatının qadın əməkdaşları mükafatlandırılıb.

Bələdiyyə sədri Sultan Əsədov Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib, tollerant dəyərlərin əsrlər boyunca mökəmləndiyi ölkəmizdə idarəçilikdə gender balansının təmin olunmasını vurğulayıb, qadınların dövlətçiliyimizin qurulması və möhkəmlənməsində fəal iştirak etdiyini qeyd edib. S.Əsədov qeyd edib ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququnu verən ilk dövlət olub.

S.Əsədov bildirib ki, Sumqayıt Bələdiyyəsinin fəaliyyətində də qadınların əməyi böyükdür. Bələdiyyə üzvlərindən 5-i qadındır, icra aparatında isə 28 qadın əməkdaş çalışır.

Daha sonra Sumqayıt Bələdiyyəsi adından bələdiyyə üzvlərinə və icra aparatının əməkdaşlarına hədiyyələr təqdim olunub.






Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az