Sumqayıt Bələdiyyəsinin sədri istefa verib

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 
Bələdiyyə üzvlərinin iclasının qərarı ilə bu vəzifəni hazırda Bələdiyyənin sədr müavini Sərviz Süleymanov icra edir. 

S.Süleymanov 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Siyaqut kəndində fəhlə ailəsində anadan olub. 
1977-ci ildə Siyaqut kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1987-ci ildə isə Azərbaycan Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinə daxil olub. 
1988-ci ilin iyun ayından 1989-cu ilin sentyabr ayınadək Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
1993-cü ildə Azərbaycan Respublikası İnşaat Mühəndisləri Universitetini bitirib. Həmin ildən Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin nəzdində Z.Tağıyev qəsəbəsi üzrə Abadlaşdırma təmir-tikinti İdarəsinə rəis müavini vəzifəsinə qəbul edilib. 1994-cü ildən Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin qeyri-yaşayış sahəsinə mühəndis vəzifəsinə keçirilib. 
1997-ci ildən Sumqayıt şəhər 19 saylı Mənzil İstismar sahəsinə rəis vəzifəsinə təyin edilib. 16.02.1998-ci ildən Sumqayıt şəhər 5 saylı MİS-in rəisi vəzifəsini tutub.
26.05.2000-ci ildən Sumqayıt Bələdiyyəsinin sədrinin köməkçisi vəzifəsinə təyin edilib. 05.07.2000-ci ildən icra aparatının bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 
31.08.2006-cı ildən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
27.12.2006-cı ildən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır. 18 yanvar 2021-ci il tarixindən Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edir.
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az