Xəbərlər

Sumqayıt Bələdiyyəsi balaca sumqayıtlılara Yeni il sevincləri bəxş etmişdir

08.01.2015

Sumqayıt Bələdiyyəsi 2015-ci ili yaşıdları ilə birgə qarşılamaq arzusunda olan balaca sumqayıtlıları bayram hədiyyələri ilə sevindirərək, şəhərin mədəniyyət saraylarında yüksək səviyyədə keçirilən Yeni il şənliklərində onların xoş və unudulmaz anlar yaşamaları üçün yenə də mühüm diqqət və qayğı göstərmişdir. Şəhərin məhəllə və mikrorayonlarında yaşayan aztəminatlı, əlil və şəhid ailələrindən olan 200-dən artıq azyaşlı uşaq Bələdiyyənin xətti ilə şəhərin N.Nərimanov adına və “28 may” Mədəniyyət saraylarında təşkil olunmuş...


Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlər mikrorayonda seçicilərlə görüşmüşlər

09.12.2014

Şəhərin 17-ci mikrorayonunda Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü olmuşdur.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ilk öncə Azərbaycana 34 il rəhbərlik etmiş və onun beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artmasında, xalqın sosial şəraitinin yaxşılaşmasında mühüm rolu olmuş ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və onun siyasi davamçısı, ölkə Prezidenti İlham Əliyevin...


Əbülfəz Babayev: “Roma Papası Strasburqda Avropa ölkələrini tolerantlığa, beynəlmiləlçiliyə çağırdı”

07.12.2014

Bugünlərdə Roma Papası Fransiskin Strasburqa gəişi münasibətilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (AŞ YRHK) təntənəli sessiya keçirilmişdir. Üzvləri sırasında Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də olduğu Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiya zamanı Konqresin katibi Roma Papasını salamlayaraq...


Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərlə şəhərin təhsil sistemindən olan seçicilərlə görüşü olmuşdur

02.12.2014

Bələdiyyə seçkiləri üzrə təbliğat kampaniyası şərçivəsində Sumqayıt Bələdiyyəsi üzvlüyünə namizədlərin ilk start görüşü şəhərin təhsil işçiləri ilə olmuşdur.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Dövlətimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.


Sumqayıt Bələdiyyəsi yeni yaşıllıq sahəsindəki nar tinglərinin sayını 800-ə çatdırmışdır

26.11.2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihəsi əsasında həyata keçirilən Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən dəstək verilən ağacəkmə kampaniyasına həvəslə qoşulan Sumqayıt Bələdiyyəsinin kollektivi son günlərdə bu mühüm ekoloji əhəmiyyətli tədbirdə iştirakının daha səmərəli olması üçün səylərini artırmışdır. 


Sumqayıt Bələdiyyəsi Azərbaycan metallurgiyasının veteranı Tofiq Həsənovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir

24.11.2014

Bugünlərdə Sumqayıt Bələdiyyəsinin kollektivi Azərbaycan metallurgiyasının veteranı, uzun illər Sumqayıt Alüminium zavodunda çalışaraq, adi fəhləlikdən müəssisə direktoru vəzifəsinədək yüksəlmiş, sonralar isə respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmiş Tofiq Həsənovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir.

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Sumqayıtın qara və əlvan metallurgiyasının inkişafında Tofiq Həsənovun xidmətlərini yüksək qiymətləndirərək, onun son illərdə Sumqayıt Bələdiyyəsində də öz zəngin təcrübəsi ilə səmərəli fəaliyyət göstərdiyini, əməksevərliyi, işgüzarlığı ilə gənclərə nümunə olduğunu vurğulamış və 80 illik yubileyi ilə bağlı onu Bələdiyyənin Fəxri fərmanı ilə təltif etmişdir. Yarım əsrə yaxın əmək fəaliyyəti göstərərək, Sumqayıt sənayesinin inkişafı naminə yorulmadan çalışmış veteran metallurqa kollektiv adından hədiyyə təqdim edilmişdir.   


Sumqayıt Bələdiyyəsi şəhərin 18-ci məhəlləsində yol və səkilərin təmir-abadlıq işlərini uğurla davam etdirir

14.11.2014

Sumqayıt Bələdiyyəsi 65 yaşlı şəhərin ilk yaşayış massivlərindən olan 18-ci məhəllədə yol və səkilərin yenilənməsi üzrə başladığı abadlıq işlərini uğurla davam etdirir.  Artıq məhəllədəki binaların bir-neçəsini əlaqələndirən daxili yol və səkilərə asfalt döşənmiş,  torpaq sahələrinin yararsız hala düşərək, əvvəllər gediş-gəlişi çətinləşdirən çökəklik hissələrinə əlavə çınqıl daşınıb-tökülərək,  hamarlanmışdır.  Sakinlərin istəyi nəzərə alınaraq, bəzi yerlərdə yeni piyada yolları salınmışdır.


Sumqayıtın nümayəndə heyəti Gürcüstanın Rustavi şəhərinin bayram tədbirlərində iştirak etmişdir

11.11.2014

Artıq 45 ildən çoxdur ki, respublikamızın kimyaçılar, metallurqlar, energetiklər və inşaatçılar şəhəri kimi tanınan Sumqayıtı Gürcüstanın Rustavi şəhəri ilə möhkəm dostluq əlaqələri bağlayır. Bu iki qardaşlaşmış şəhərin nümayəndə heyətləri vaxtaşırı olaraq görüşür, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi aparır, qarşılıqlı əlaqələri ildən-ilə genişləndirirlər. Bugünlərdə isə Sumqayıtın nümayəndə heyəti Rustavidə keçirilən “Şəhər günü”  tədbirlərində iştirak etmişdir.


Sumqayıt Bələdiyyəsinin kollektivi Dövlət Bayrağı günü münasibətilə keçirilən şəhər tədbirində iştirak edib

06.11.2014

Sumqayıt Bələdiyyəsinin kollektivi ölkəmizin rəsmi dövlət atributlarından biri olan Azərbaycan bayrağına həsr olunmuş təntənəli şəhər tədbirində iştirak etmişdir.

Şəhər rəhbərliyinin, müəssisə və ictimai təşkilatların nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin və minlərlə məktəblinin Bayraq meydanında toplaşdığı  geniş miqyaslı tədbirdə ilk öncə dövlətimizin əzəmətli himni səslənmişdir. Sonra şəhərin başı üzərində Sumqayıtın məktəblilər xorunun ifasında Vətənə, Dövlət bayrağına, bugünlər  65 yaşı tamam olan doğma Sumqayıta həsr edilmiş, Azərbaycanın bütün sahələrdə sürətli inkişafını, xalqmızın böyük nailiyyətlərini tərənnüm edən mahnılar ucalmışdır.


Sumqayıt Bələdiyyəsi Bakı-Quba magistralı yaxınlığında iməcilik keçirərək, yeni yaşıllıq sahəsinin yaradılmasına başlamışdır

30.10.2014

Bu gün - oktyabrın 30-da Sumqayıt Bələdiyyəsinin kollektivi gənclik şəhərinin 65 illik yubileyi münasibətilə Bakı-Quba magistralının Sumqayıt girişində iməcilik keçirərək, yeni yaşıllıq sahəsinin yaradılmasına başlamışdır. Ağaçların pərakəndə deyil, planlı şəkildə əkilməsi üçün ilk növbədə sahədə müvafiq planlaşdırma-ölçü aparılmış, əraziyə torpaq tökülmüş, hamarlanmış və digər abadlıq işləri görülmüşdür.


Görülən 111 - 120 qədər, 209

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609