Xəbərlər

Əbülfəz Babayev: Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi erməni separatizmini pisləyən qərar qəbul etmişdir

28.10.2014

Üzvləri sırasında Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də olduğu Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 27-ci sessiyasında MDB ölkələrində baş qaldıran separatizm halları ilə bağlı bəyanat layihəsi ətrafında aparılan geniş müzakirələrdə iştirak etmişdir. Konqresin plenar iclasında ölkəmizin nümayəndə heyətinin üzvləri Gürcüstan, Ukrayna və Moldovadan da öncə ...


Sumqayıt Bələdiyyəsi 18-ci məhəllədə yolun təmirinə başlayıb

21.10.2014

Respublikamızın bütün regionlarında, o cümlədən Sumqayıtda şəhər İcra Hakimiyyəti tərəfindən aparılan geniş abadlıq tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsi də öz ərazisində təmir-abadlıq işlərini davam etdirməkdədir. Bugünlərdə  metallurqların C.Cabbarlı adına Mədəniyyət evinin qarşısindakı gediş-gəlişi çox olan yolun yararsız hala düşməsini nəzərə alaraq, Sumqayıt Bələdiyyəsi həmin yolun əsaslı təmirinə başlamışdır.


Sumqayit Bələdiyyəsi Qurban bayrami münasibətilə 750-dən artiq ailəni sevindirmişdir

04.10.2014

Bugünlər Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərimizdə  müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramına geniş hazırlıq işləri aparılmışdır. Hər bir müsəlman üçün əziz olan bu  bayram tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə bu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliklərinin, Azərbaycan ƏIil Qadınlar, “Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda”, Azərbaycan Gözdən Əlillər cəmiyyətlərinin, II Dünya müharibəsi veteranları Birliyinin Sumqayıt şəhər şöbələrinin daha çox ehtiyacı olan üzvlərinə, aztəminatlı ailələrə, kimsəsiz, tənha adamlara qurban payları verilmişdir.


Sumqayıt Bələdiyyəsi şəhərin 65 illik yubileyi ilə bağlı Bələdiyyə parkında geniş bayram tədbiri keçirmişdir

24.09.2014

Sentyabrın 22-də Sumqayıtın Bələdiyyə parkında şəhər sakinlərinin, Bələdiyyə işçilərinin, məhəllə komitələrinin üzvləri və fəallarının iştirakı ilə Sumqayıtın 65 illik yubileyinə həsr edilmiş geniş bayram tədbiri keçirilmişdir.

Bələdiyyə rəhbərliyi tədbirə toplaşanları şəhərin yubileyi münasibətilə salamlayaraq, onları təbrik etdikdən sonra tədbirin aparıcıları Sumqayıtın tarixi haqqında məlumat verərək diqqətə çatdırmışlar ki, qədim Abşeron torpağında salınmış bu şəhər özünün 65 illiyini qeyd etsə də, bu yerlər öz tarixi kökləri ilə...


Sumqayıtın 65 illik yubiley tədbirlərində iştirak etmiş Rustavi meriyasının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür

24.09.2014

Bu gün - sentyabrın 24-də Gürcüstanın Sumqayıtla qardaşlaşmış şəhəri olan Rustavinin merinin müavini Giorgi Tabatadzenin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayaraq, qəbul edən Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev şəhərimizin yubiley tədbirlərində iştirak etdiklərinə görə qonaqlara və onların şəxsində Rustavi meriyasının rəhbərliyinə və bütün gürcü dostlara minnətdarlıq ifadə etmiş, qonaqlara Sumqayıtın  tarixi, dünəni və bügünü ...


Sumqayıt Bələdiyyəsi “Şəhər günü” münasibətilə keçirilən ümumşəhər iməciliyi zamanı Bələdiyyə parkında geniş abadlıq işləri apararaq, şəhərimizin 65 illik yubileyinə öz töhfələrini vermişlər

21.09.2014

Sumqayıtlıların artıq yarım əsrdən çoxdur ki, sevimli istirahət yeri olan ilk şəhər parkı – bugünkü Bələdiyyə parkı son dövrlərdə öz görkəmini xeyli dəyişmişdir. Sumqayıtın ilk qurucularının əməyi ilə yaradılmış yaşıllıqlar əhatəsində gəzərək dincəlmək, özünün əsrarəngiz gecə mənzərəsi ilə xoş ovqat yaradan fəvvarəli hovuzun tamaşasına durmaq işdən sonra burda ailəvi istirahət edən böyüklərə də, gənclərə və uşaqlara da xüsusi zövq verir.


Sumqayıt Bələdiyyəsinin şəhərin 65 illik yubileyi ilə bağlı təşkil etdiyi iki aylıq uşaq futbolu turniri uğurla başa çatmışdır

19.09.2014

Bugünlərdə Sumqayıtın 12-ci mikrorayondakı nümunəvi məhəllənin müasir tipli idman meydançasında Sumqayıt Bələdiyyəsi tərəfindən məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 iyun – Milli Qurtuluş günü və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda futbol yarışının 9-cu turnirinin başa çatması, qaliblərin təltif olunması münasibətilə təntənəli tədbir keçirilmişdir.


Sumqayıt Bələdiyyəsi “Şəhər günü” münasibətilə Bələdiyyə parkında abadlıq işlərini genişləndirir

19.09.2014

Sumqayıtlıların artıq yarım əsrdən çoxdur ki, sevimli istirahət yeri olan ilk şəhər parkı – bugünkü Bələdiyyə parkı son dövrlərdə öz görkəmini xeyli dəyişmişdir. Sumqayıtın ilk qurucularının əməyi ilə yaradılmış yaşıllıqlar əhatəsində gəzmək və dincəlmək, öz orijinal, füsünkar görkəmi, əsrarəngiz gecə mənzərəsi ilə qəlbləri oxşayan fəvvarəli, çoxşırnaqlı hovuzun tamaşasına durmaq işdən sonra burda ailəvi istirahət edən böyüklərə də, gənclərə və uşaqlara da xüsusi zövq verir.


Sumqayıt Bələdiyyəsinin şəhərin 65 illik yubileyi ilə bağlı təşkil etdiyi iki aylıq uşaq futbolu turniri uğurla başa çatmışdır

16.09.2014

Bu gün – sentyabrın 13-də Sumqayıtın 12-ci mikrorayondakı nümunəvi məhəllənin müasir tipli idman meydançasında Sumqayıt Bələdiyyəsi tərəfindən məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 iyun – Milli Qurtuluş günü və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda futbol yarışının 9-cu turnirinin başa çatması, qaliblərin təltif olunması münasibətilə təntənəli tədbir keçirilmişdir.


Sumqayıt Bələdiyyə parkında “Şəhər günü” ilə bağlı geniş abadlıq işləri aparılır

01.09.2014

Sentaybrın 23-də keçiriləcək Şəhər günü tədbirinə şəhərimizdə geniş hazırlıq işləri aparılır. Sumqayıt Bələdiyyəsinin kollektivi də bu mühüm tədbirin keçirilməsinə fəallıqla qoşulmuşdur. Artıq bir-neçə gündür ki, Sumqayıt Bələdiyyə parkında geniş miqyaslı təmizlik-abadlıq işlərinə başlanılmışdır. Parkın ərazisindəki fəvvarəli dairəvi hovuzun bayram günlərində sumqayıtlılara xoş ovqat bəxş etməsi üçün onun su çiləyiciləri təmir olunmus, parkdaki köməkçi tikililər zövqlə rənglənmişdir


Görülən 121 - 130 qədər, 209

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609