Xəbərlər

Sumqayıt Bələdiyyəsi yarım ilə yekun vurur

28.07.2012

 27.07.2012-ci il tarixində 48-ci məhəllə ərazisindəki “Xeyir-şər” evində 48-ci məhəllə sakinləri və şəhər ərazisinin müxtəlif yerlərindən dəvət olunmuş 220-ə yaxın sakin qarşısında Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayaev bələdiyyənin 6 aylıq fəaliyyəti haqqında hesabat vermişdir.Sonra isə sakinlərin problemləri dinlənilmişdir. Həmin iclasa müxtəlif idarə və müəssisələrdən səlahiyyətli şəxslər dəvət olunmuşdur.Hesabatda bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri və üzvləri də iştirak etmişlər.


Azərbaycanda mənzil-kommunal sahəsində idarəetmədə yeni münasibətlər

21.12.2012

18 dekabr 2012-ci il tarixində İqtisadi İnkişaf  Nazirliyi Sumqayıtın tarixi muzeyində  “Azərbaycanda mənzil-kommunal sahəsində  yeni münasibətlər” mövzusunda zonal müşavirə keçirilmişdir. Tədbirdə  İqtisadi İnkişaf  nazirinin müavini S. Həsənova,  İcra hakimiyyəti başçısının  müavini  A. Quliyev,  Sumqayıt Bələdiyyəsinin sədri Ə. Babayev,  İqtisadi İnkişaf  Nazirliyinin  mənzil kommunal siyasəti  şöbəsinin  müdiri  N. Qasımov ...


«Sumqayıt Bələdiyyəsi kuboku» uğrunda futbol yarışlarının 7-ci turnirinə yekun vuruldu.

21.08.2012

Yarışda  III yerə Təzə və köhnə koteclər üzrə 1 saylı məhəllə komitəsi, II yerə 45-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsi,  I yerə isə 6-mikrorayon üzrə 1 saylı məhəllə komitəsi sahib olmuşdur. Qaliblər «Sumqayıt Bələdiyyəsi kuboku» ilə və Fəxri Fərmanlarla mükafatlandırılmışdır.


Bələdiyyə parkında geniş abadlıq işləri aparılır

21.05.2012

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq  Sumqayıt-Novxanı yol boyu ərazisinə düşən hissədə 84 hasar ümumilikdə 5040 kv.m sahə rənglənmişdir.  Eyni zamanda bələdiyyə parkında geniş yenidənqurma və abadlıq  işləri aparılır. Parkda 3700 bardur, 19500 kv pilitə və 55 yeni işıq dirəkləri qoyulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı E.Əzizov görülmüş işlərə baxmış və müvafiq tapşırıqlar vermişdir. Parkda gedən işlərə bələdiyyə tərəfindən gündəlik nəzarət edilir.


Sumqayıt Bələdiyyəsi idmançılara dəstək verir

19.07.2012

2012- ci ilin iyun ayında  Estoniya Respublikasının Tallinn şəhərində Qarışıq Döyüş növləri üzrə dünya çempionatı keçirilmişdir. Yarışda Sumqayıt Bələdiyyəsinin dəstəyi ilə  “Azərbaycan Qarışıq Döyüş Növləri mərkəzi” MMC-nin direktoru beynəlxalq dərəcəli hakim, idman ustası Sevindik Mehdiyev iştirak etmiş və qələbə ilə vətənə qayıtmişdır.


Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin hesabat-seçki iclasları davam edir

19.06.2012

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, “Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri haqqında əsasnamə”yə və Sumqayıt Bələdiyyəsinin 2012-ci il 02 mart tarixli iclasının, “Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin 2012-ci ildə hesabat-seçki iclaslarının keçirilməsi haqqında” qərarına uyğun olaraq səlahiyyət müddəti başa çatdığı üçün cari ilin aprel ayında məhəllə komitələrində hesabat-seçki kampaniyası başlamışdır.


Keçiören'e Azerbaycan'dan kardeş.

16.03.2012

Keçiören Belediyesi ile Azerbaycan’ın Sumgait Belediyesi arasındaki kardeşlik protokolü iki belediye başkanı tarafından imzalandı. Keçiören Belediyesi dün yine kardeşleriyle kucaklaştı.  Azerbaycan’ın Sumgait Belediyesi ile daha önceleri varılan kardeşlik mutabakatı, dün gerçekleştirilen imza töreniyle resmiyet kazandı.


İdarəetmədə yeni qaydalar tətbiq edəcəkdir.

15.11.2012

Sumqayıt Bələdiyyəsi 2013-cü ildən vergi və ödənişlərin idarə edilməsində yeni qaydalar tətbiq edəcək. Xəbər verdiyimiz kimi, cari ilin noyabr ayının 12-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi əsasında Sumqayıt şəhərində  icra olunan “Şəhər təsərrüfatı məsələlərinin həllində Daşınmaz Əmlak Kadastrı məlumatlarının istifadəsi” layihəsinin ekspertləri N.Kislix (Kisslich) və L.Zontaq (Sontaq) Sumqayıt Bələdiyyəsinin sədri tərəfindən qəbul olunmuşlar. 


Sumqayıt Bələdiyyəsi kuboku uğrunda yeniyetmələrin futbol yarışlarının startı verildi

15.06.2012

        «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasını təmin etmək, şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, uşaqların yay tətili dövründə asudə vaxtlarının təşkil etmək məqsədi ilə Bələdiyyənin məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 İyun Milli Qurtuluş gününə həsr ...


“Yerli Demokratiya Həftəsi ” davam edir

14.11.2012

Azərbaycan  şəhər,  qəsəbə,  kənd bələdiyyələri  Milli  Assosasiyalarının tövsiyyələri  əsasında bu il noyabr ayının  05-dən  11-dək  növbəti  dəfə “ Azərbaycanda Yerli Demokratiya Həftəsi ” keçirildi.İki mərhələdən ibarət olan “Həftə”nin birinci mərhələsi hazırlıq tədbirləri, ikinci mərhələsi isə görüləcək işləri və yekun mərhələni əhatə edirdi.


Görülən 161 - 170 qədər, 191

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609