Xəbərlər

Sumqayıt Bələdiyyəsi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığını uğurla davam edir.

02.02.2013

Cari ilin yanvar ayının 31-də Sumqayıt Bələdiyyəsinin sədri Ə.Babayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  “ Cənubi Qafqazda Yerli özünüidarəetmə ” Proqramının  Azərbaycan üzrə Qrup rəhbəri Katarina Lampeni və meneceri Şəfiqə Hacıəhmədovanı  qəbul etmişdir.Görüş zamanı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  dəstəyi əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən 2012-ci ilin mart ayından həyata keçirilən “Daşınmaz Əmlakın idərəedilməsi üzrə Kadastr” layihəsi çərçivəsində cari ildə növbəti addımları müzakirə edilmişdir.Bununla yanaşı Sumqayıt Bələdiyyəsinin əsas layihələrindən biri olan “Sumqayıt Bələdiyyəsi  Vətəndaşlara  Xidmət  Mərkəzinin yaradılması” layihənin icrası ilə bağlı müvafiq ...


Yerli özünü idarəetmədə qadınların rolu artmaqdadır

19.01.2013

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Ailə, Qadın və Uşaq  Problemləri üzrə Azərbaycan Respublikası Dövlət Komitəsinin Mentorluq Proqramı çərçivəsində 2013-cü il 18 yanvar tarixində şəhərimizin Kimyaçılar qəsəbəsində “Yerli özünü idarəetmədə qadın liderliyi” adı altında görüş keçirildi.Görüşdə layihə rəhbəri və eksperti, məcburi köçkünlərin sosial inkişaf fondunun əməkdaşlıq etdiyi icmaların qadın liderləri və komitə üzvləri iştirak edirdilər.


Sabaha inamla addımlayan Sumqayıt

31.10.2012

Sumqayıt bələdiyyəsi şəhərin quruculuq işlərində fəal iştirak edir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1999–cu ildə keçirilən bələdiyyə seçkiləri ölkəmizin ən yüksək demokratik ideallara sadiq çıxdığının bariz göstəricisidir. Bu gün hüquqi və dünyəvi dövlət olan Azərbaycanda iki minə yaxın bələdiyyə müstəqil özünüidarəetməni həyata keçirərək yerli kontingentin rahat yaşam tərzini təmin etmək üçün çalışır.


Sumqayıt Bələdiyyəsi yarım ilə yekun vurur

28.07.2012

 27.07.2012-ci il tarixində 48-ci məhəllə ərazisindəki “Xeyir-şər” evində 48-ci məhəllə sakinləri və şəhər ərazisinin müxtəlif yerlərindən dəvət olunmuş 220-ə yaxın sakin qarşısında Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayaev bələdiyyənin 6 aylıq fəaliyyəti haqqında hesabat vermişdir.Sonra isə sakinlərin problemləri dinlənilmişdir. Həmin iclasa müxtəlif idarə və müəssisələrdən səlahiyyətli şəxslər dəvət olunmuşdur.Hesabatda bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri və üzvləri də iştirak etmişlər.


Azərbaycanda mənzil-kommunal sahəsində idarəetmədə yeni münasibətlər

21.12.2012

18 dekabr 2012-ci il tarixində İqtisadi İnkişaf  Nazirliyi Sumqayıtın tarixi muzeyində  “Azərbaycanda mənzil-kommunal sahəsində  yeni münasibətlər” mövzusunda zonal müşavirə keçirilmişdir. Tədbirdə  İqtisadi İnkişaf  nazirinin müavini S. Həsənova,  İcra hakimiyyəti başçısının  müavini  A. Quliyev,  Sumqayıt Bələdiyyəsinin sədri Ə. Babayev,  İqtisadi İnkişaf  Nazirliyinin  mənzil kommunal siyasəti  şöbəsinin  müdiri  N. Qasımov ...


«Sumqayıt Bələdiyyəsi kuboku» uğrunda futbol yarışlarının 7-ci turnirinə yekun vuruldu.

21.08.2012

Yarışda  III yerə Təzə və köhnə koteclər üzrə 1 saylı məhəllə komitəsi, II yerə 45-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsi,  I yerə isə 6-mikrorayon üzrə 1 saylı məhəllə komitəsi sahib olmuşdur. Qaliblər «Sumqayıt Bələdiyyəsi kuboku» ilə və Fəxri Fərmanlarla mükafatlandırılmışdır.


Bələdiyyə parkında geniş abadlıq işləri aparılır

21.05.2012

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq  Sumqayıt-Novxanı yol boyu ərazisinə düşən hissədə 84 hasar ümumilikdə 5040 kv.m sahə rənglənmişdir.  Eyni zamanda bələdiyyə parkında geniş yenidənqurma və abadlıq  işləri aparılır. Parkda 3700 bardur, 19500 kv pilitə və 55 yeni işıq dirəkləri qoyulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı E.Əzizov görülmüş işlərə baxmış və müvafiq tapşırıqlar vermişdir. Parkda gedən işlərə bələdiyyə tərəfindən gündəlik nəzarət edilir.


Sumqayıt Bələdiyyəsi idmançılara dəstək verir

19.07.2012

2012- ci ilin iyun ayında  Estoniya Respublikasının Tallinn şəhərində Qarışıq Döyüş növləri üzrə dünya çempionatı keçirilmişdir. Yarışda Sumqayıt Bələdiyyəsinin dəstəyi ilə  “Azərbaycan Qarışıq Döyüş Növləri mərkəzi” MMC-nin direktoru beynəlxalq dərəcəli hakim, idman ustası Sevindik Mehdiyev iştirak etmiş və qələbə ilə vətənə qayıtmişdır.


Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin hesabat-seçki iclasları davam edir

19.06.2012

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, “Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri haqqında əsasnamə”yə və Sumqayıt Bələdiyyəsinin 2012-ci il 02 mart tarixli iclasının, “Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin 2012-ci ildə hesabat-seçki iclaslarının keçirilməsi haqqında” qərarına uyğun olaraq səlahiyyət müddəti başa çatdığı üçün cari ilin aprel ayında məhəllə komitələrində hesabat-seçki kampaniyası başlamışdır.


Keçiören'e Azerbaycan'dan kardeş.

16.03.2012

Keçiören Belediyesi ile Azerbaycan’ın Sumgait Belediyesi arasındaki kardeşlik protokolü iki belediye başkanı tarafından imzalandı. Keçiören Belediyesi dün yine kardeşleriyle kucaklaştı.  Azerbaycan’ın Sumgait Belediyesi ile daha önceleri varılan kardeşlik mutabakatı, dün gerçekleştirilen imza töreniyle resmiyet kazandı.


Görülən 171 - 180 qədər, 204

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609