Xəbərlər

İlham Əliyev Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

26.11.2011

Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Sumqayıt Olimpiya İdman Kompleksi haqqında məlumat verdi. Bildirildi ki, inşasına 2007-ci ildə başlanılan kompleksin tikintialtı sahəsi 4953, ümumi tikinti işlərinin sahəsi isə 13 min 477 kvadratmetrdir. 


Sumqayıt bələdiyyəsi kuboku 4-cü futbol yarışına start verildi

24.07.2011

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrasını təmin etmək, şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, uşaqların yay tətili dövründə asudə vaxtlarının təşkil etmək məqsədi ilə bələdiyyənin məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında 15 İyun ...


“Azərbaycanda Yerli Demokratiya Həftəsinə” start verildi.

22.12.2011

“Azərbaycanda Yerli Demokratiya Həftəsinə” start verildi. Dünən Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayevin məhəllə komitələrinin sədrləri ilə görüşü keçirilib. Görüş Sumqayıt Bələdiyyəsinin artıq 5-ci dəfədir ki, “Azərbaycanda Yerli Demokratiya Həftəsinə” start verilməsi ilə bağlı idi. 2011-ci ilin dekabr ayının 19-dan 25-dək davam edəcək “həftə” 2 mərhələdə keçiriləcək. Qeyd edək ki, Sumqayıtda 122 məhəllə komitəsi fəaliyyət göstərir.


Sumqayıt yeni inkişaf mərhələsində

21.12.2011

XX əsrin 90-cı illərinin ortalarında Azərbaycanda siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olmuş ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ölkə iqtisadiyyatının inkişafı strategiyasının ən optimal variant olduğunu xalqımızın bugünkü sürətlə yüksələn həyat səviyyəsi əyani şəkildə təsdiqləyir. Ulu öndərimizin müdirik siyasi kursunu hazırda möhtərəm Prezidentimiz İlham Əliyev yüksək bacarıq və səylə davam etdirir.


Sumqayıt Bələdiyyəsi ilə Almaniyanın iqtisadi inkişaf və əməkdaşlıq nazirliyinin görüşü

01.01.1970

15.12.2011-ci il tarixdə Almaniyanın iqtisadi inkişaf və əməkdaşlıq nazirliyinin idarə rəisi Yoxan Bomerin başçılıq etdiyi nümayəndə heyyəti Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev tərəfindən qəbul olunmuşdur. Qəbul zamanı həyata keçirilən lahiyələrin icrası, vəziyyəti və gələcək prespektiv lahiyələrin istiqamətləri müzakirə olunmuşdur.


Sumqayıtda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı olmuşdur

13.04.2011

Sumqayıt, 12 aprel (AzərTAc). Sumqayıtda kimyaçıların üzeyir Hacıbəyli adına mədəniyyət sarayının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) illik ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda dövlət qurumlarının nümayəndələri və 67 şəhər bələdiyyəsinin sədrləri iştirak etmişdir.


Sumqayıtın daşınmaz əmlak kadastırının ictimai təqdimatı keçirilmişdir.

01.01.1970

Dekabr ayının 6-da Sumqayıt şəhər İcra Hakimiyyətində“Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar  haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin təqdimatı keçirilmişdir.  Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti  hesabına icra olunan layihə müvəfəqiyyətlə başa çatmışdır.


Qafqaz Universitetinində Azərbaycanda yerli özünüidarəetmə mövzusunda seminar keçirilmişdir

01.01.1970

08 dekabr 2012-ci ildə Qafqaz Universitetinin Tempus zalında “Azərbaycanda yerli özünüidarəetmənin müasir vəziyyəti və gözlənilən islahatlar” mövzusunda seminar keçirilmişdir. Həmin seminarda universitetin tələbə və müəllim kollektivi iştirak etmişlər. Seminarda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyəsinin sədri professor ...


Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin 2012-ci ilin hesabat-seçki iclaslarının yekunu

01.01.1970

 «Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin 2012-ci ildə hesabat seçki iclaslarının keçirilməsi haqqında» Sumqayıt Bələdiyyəsinin  2012-ci il 02 mart tarixli iclasının qərarına uyğun olaraq Bələdiyyə ərazisində 127 məhəllə komitəsində hesabat-seçki iclasları keçirilmiş və həmin hesabat-seçki iclaslarında 10311 nəfər şəhər sakini iştirak etmişdir. 


Azərbaycanda mənzil-kommunal sahəsində idarəetmədə yeni münasibətlər

01.01.1970

18 dekabr 2012-ci il tarixində İqtisadi İnkişaf  Nazirliyi Sumqayıtın tarixi muzeyində  “Azərbaycanda mənzil-kommunal sahəsində  yeni münasibətlər” mövzusunda zonal müşavirə keçirilmişdir. Tədbirdə  İqtisadi İnkişaf  nazirinin müavini S. Həsənova,  İcra hakimiyyəti başçısının  müavini  A. Quliyev,  Sumqayıt Bələdiyyəsinin sədri Ə. Babayev,  İqtisadi İnkişaf  Nazirliyinin  mənzil kommunal siyasəti  şöbəsinin  müdiri  N. Qasımov...


Görülən 201 - 210 qədər, 210

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609