Xəbərlər

Bələdiyyə “Demokratiya həftəsi” çərçivəsində Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə məhəllə komitəsində sakinlərlə görüş keçirmişdir

15.10.2015

Oktyabrın 15-də Sumqayıt Bələdiyyəsi “Demokratiya həftəsi” çərçivəsində Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə məhəllə komitəsinin ərazisində yaşayan sakinlərlə görüş keçirmişdir. 

Məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova tədbiri açaraq, Azərbaycanda, o cümlədən Sumqayıtda  “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” mövzusunda keçirilən “Yerli Demokratiya həftəsi”nin əhəmiyyətindən, xalqımızın beynəlmiləlçilik ənənələrindən söhbət açmışdır. 


Bələdiyyə “Demokratiya həftəsi” çərçivəsində Kompressor zavodu ətrafında məcburi köçkünlərin kompakt yaşadığı ərazidə sakinlərlə görüş keçirmişdir

14.10.2015
Oktyabrın 14-də Sumqayıt Bələdiyyəsi “Demokratiya həftəsi” çərçivəsində məcburi köçkünlərin kompakt yaşadığı “Xəzri-1” saylı məhəllə komitəsi ərazisində yaşayan sakinlərlə Qubadlının Xələc orta məktəbində görüş keçirmişdir.  

“Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində Sumqayıtın Yeni yaşayış massivinin sakinləri ilə görüş keçirilmişdir

13.10.2015
“Demokratiya həftəsi” çərçivəsində Sumqayıtın son 25 ildə salınaraq genişlənən və ildən-ilə abadlaşan, iri yaşayış sahələrindən olan Yeni Yaşayış massivində oktyabrın 13-də keçirilən tədbirdə Sumqayıt Bələdiyyəsi sədrinin müavini Musa Həsənov “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında başlanan builki “həftə”nin mahiyyəti barədə toplantı iştirakçılarına geniş məlumat vermiş, hələ qədimlərdən başlayaraq Azərbaycanda yaşayan qeyri millətlərin nümayəndələrinə xalqımızın humanist xüsusiyyətlərdən irəli gələn xoş münasibət göstərildiyini bildirmişdir.  

Sumqayıt Bələdiyyəsi “Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində keçirilən tədbirlərə start vermişdir

12.10.2015

Azərbaycanda “Yerli Demokratiya həftəsi”nin başlanması ilə əlaqədar 12 oktyabr 2015-ci il tarixdə Sumqayıt Bələdiyyəsində şəhərin bir sıra məhəllə və mikrorayonlarında fəaliyyət göstərən məhəllə komitələri sədrlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir. 

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev tədbiri açaraq, builki “Demokratiya həftəsinin” “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və 

Sumqayıt Bələdiyyəsinin məhəllə komitəsi və “Kimyaçılar-3” İcma Mərkəzinin “Sabaha doğru!” Yay məktəbində məzun buraxılışı

14.09.2015

Bugünlərdə Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin  və “Kimyaçılar-3” İcma Mərkəzinin birgə təşkilatçılığı və Gənclərin maarifləndirilməsinə dəstək “Təkamül” İctimai Birliyinin dəstəyi ilə üç ay davam etmiş “Sabaha doğru!” Yay məktəbində məzun buraxılışı olmuşdur.

Əsasən  Kimyaçılar qəsəbəsi və ətraf ərazilərdə yaşayan məktəbli və tələbə gənclərin, həmçinin onların məcburi köçkün həmyaşıdlarının yay istirahətinin maraqlı və

Sumqayıt Bələdiyyəsinin sədr müavini, qrossmeyster Zeynəb Məmmədyarova beynəlxalq şahmat yarışından növbəti dəfə mükafatla qayıtmışdır

10.09.2015

Yunanıstanın Rodes adasında keçirilərək, 9 gün davam edən I Beynəlxalq Kolosso Açıq Şahmat Kuboku yarışları Azərbaycan şahmatçıları üçün uğurlu olmuşdur. Ölkəmizi həmin nüfuzlu yarışda təmsil edən Zeynəb və Türkan Məmmədyarova bacıları keçirdikləri 9 oyundan hərəyə 5,5  xal toplayaraq, 21 ölkəni təmsil edən 120-dən artıq şahmatçının iştirak etdiyi yarışda qadınlar arasında 2-3-cü yerləri bölüşdürmüşlər. 


Sumqayıt Bələdiyyəsinin ağacları bar gətirir… Nar gətirir

27.08.2015

Ötən il oktyabrın sonlarında iməcilik keçirilərək, ilk abadlıq işlərinə başlanılmaqla Sumqayıtın girəcəyində, Bakı-Quba magistralı yaxınlığında salınan yeni yaşıllıq sahəsindəki nar kolları çiçək açaraq, sanki Bələdiyyə kollektivinə minnətdarlıq ifadəsi kimi  bugünlərdə onlara ilk nübarını “hədiyyə” etmişdir.



Azəraycanın bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti Litva Respublikasına işgüzar səfərdən qayıtmışdır.

05.08.2015

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin rəhbərlik etdiyi Bələdiyyə sədrlərindən ibarət Azərbaycan nümayəndə heyəti bugünlərdə Litva Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi həmin ölkədə yerli özünüidarə sahəsində mövcud təcrübəni öyrənmək, bu sahədə Litvanın qanunvericilik bazası ilə tanış olmaq, cəmiyyətin idarə olunmasında Bələdiyyə qurumlarının yeri və rolu ilə bağlı təcrübə mübadiləsi aparmaq idi.


Sumqayıt Bələdiyyəsinin gənclərinin Şamaxıda “Yay məktəbi”

04.08.2015

Sumqayıt Bələdiyyəsinin bir qrup gənc əməkdaşı şəhərin müxtəlif müəssisə və təşkilatlarında çalışan gənclərlə birgə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “Yay məktəbi” proqramı çərçivəsində Azərbaycanın qədim paytaxtı Şamaxı şəhərinə səfər etmişlər. 


Görülən 61 - 70 qədər, 198

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609