Xəbərlər

Sumqayıt Bələdiyyəsinin məhəllə komitəsi və “Kimyaçılar-3” İcma Mərkəzinin “Sabaha doğru!” Yay məktəbində məzun buraxılışı

14.09.2015

Bugünlərdə Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin  və “Kimyaçılar-3” İcma Mərkəzinin birgə təşkilatçılığı və Gənclərin maarifləndirilməsinə dəstək “Təkamül” İctimai Birliyinin dəstəyi ilə üç ay davam etmiş “Sabaha doğru!” Yay məktəbində məzun buraxılışı olmuşdur.

Əsasən  Kimyaçılar qəsəbəsi və ətraf ərazilərdə yaşayan məktəbli və tələbə gənclərin, həmçinin onların məcburi köçkün həmyaşıdlarının yay istirahətinin maraqlı və

Sumqayıt Bələdiyyəsinin sədr müavini, qrossmeyster Zeynəb Məmmədyarova beynəlxalq şahmat yarışından növbəti dəfə mükafatla qayıtmışdır

10.09.2015

Yunanıstanın Rodes adasında keçirilərək, 9 gün davam edən I Beynəlxalq Kolosso Açıq Şahmat Kuboku yarışları Azərbaycan şahmatçıları üçün uğurlu olmuşdur. Ölkəmizi həmin nüfuzlu yarışda təmsil edən Zeynəb və Türkan Məmmədyarova bacıları keçirdikləri 9 oyundan hərəyə 5,5  xal toplayaraq, 21 ölkəni təmsil edən 120-dən artıq şahmatçının iştirak etdiyi yarışda qadınlar arasında 2-3-cü yerləri bölüşdürmüşlər. 


Sumqayıt Bələdiyyəsinin ağacları bar gətirir… Nar gətirir

27.08.2015

Ötən il oktyabrın sonlarında iməcilik keçirilərək, ilk abadlıq işlərinə başlanılmaqla Sumqayıtın girəcəyində, Bakı-Quba magistralı yaxınlığında salınan yeni yaşıllıq sahəsindəki nar kolları çiçək açaraq, sanki Bələdiyyə kollektivinə minnətdarlıq ifadəsi kimi  bugünlərdə onlara ilk nübarını “hədiyyə” etmişdir.



Azəraycanın bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti Litva Respublikasına işgüzar səfərdən qayıtmışdır.

05.08.2015

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin rəhbərlik etdiyi Bələdiyyə sədrlərindən ibarət Azərbaycan nümayəndə heyəti bugünlərdə Litva Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi həmin ölkədə yerli özünüidarə sahəsində mövcud təcrübəni öyrənmək, bu sahədə Litvanın qanunvericilik bazası ilə tanış olmaq, cəmiyyətin idarə olunmasında Bələdiyyə qurumlarının yeri və rolu ilə bağlı təcrübə mübadiləsi aparmaq idi.


Sumqayıt Bələdiyyəsinin gənclərinin Şamaxıda “Yay məktəbi”

04.08.2015

Sumqayıt Bələdiyyəsinin bir qrup gənc əməkdaşı şəhərin müxtəlif müəssisə və təşkilatlarında çalışan gənclərlə birgə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “Yay məktəbi” proqramı çərçivəsində Azərbaycanın qədim paytaxtı Şamaxı şəhərinə səfər etmişlər. 


Almaniyanın “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Sumqayıt Bələdiyyəsinin sədri ilə görüşmüşdür

03.08.2015

“Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Aksel Mülleri səmimiyyətlə qarşılayan Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıtın çoxillik qardaşlıq əlaqələrinin uğurla davam etməsindən, sosial-iqtisadi sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin praktiki əhəmiyyətindən, bu iki sənaye şəhərinin partnyorluq münasibətlərinin nümunə olacaq dərəcədə faydalı olmasından söhbət açmışdır. Bələdiyyə sədri son illərdə Sumqayıtın ekoloji mühitinin sağlamlaşdırılması, qorunub-saxlanması istiqamətində əldə olunmuş uğurların təbliğinin aparılmasında alman ekoloq-mütəxəssislərinin səylərini yüksək dəyərləndirmişdir.  


FHN-nin Sumqayıt Regional Mərkəzi Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri nümayəndələri üçün geniş seminar keçirmişdir

30.07.2015

İyulun 29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Bələdiyyəsi ilə razılaşdırılmış qarşılıqlı tədbirlər planı əsasında “Sumqayıtın tarixi” Muzeyinin akt zalında Bələdiyyənin məhəllə komitələri nümayəndələri üçün “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə xarakterli geniş seminar keçirmişdir.


Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev Türkiyədə keçirilən Beynəlxalq Ramazan festivalında iştirak etmişdir

21.07.2015

Sumqayıt Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri professor Əbülfəz Babayev bugünlərdə Türkiyənin Keçiörən Bələdiyyəsinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən 6-cı Beynəlxalq Ramazan şənliklərində iştirak etmişdir. Bir çox müsəlman ölkələri nümayəndələrinin iştirak etdiyi bayram tədbiri çərçivəsində “Azərbaycan Evi”nin açılışı Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının yeni bir nümunəsi kimi özünün xüsusi əhəmiyyəti ilə daha yaddaqalan olmuşdur.


“Bələdiyyə kuboku” uğrunda futbol turnirinin finişinə doğru məhəllə uşaq komandaları arasında mübarizə daha da güclənir

16.07.2015

Sumqayıt Bələdiyyəsinin dəstəyi və təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş günü münasibətilə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda futbol turniri uğurla davam edir. Ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” uğrunda budəfəki 10-cu yubiley futbol turnirində də şəhərin müxtəlif məhəllə və mikrorayonlarının məhəllə komitələri tərəfindən təşkil edilmiş 20 komandanın tərkibində 300-ə qədər uşaq özlərinin ilkin futbolçu bacarıqlarını nümayiş etdirir.


Görülən 71 - 80 qədər, 204

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609