Xəbərlər







Professor Əbülfəz Babayev AzTV müxbirinin suallarını cavablandırmışdır

27.02.2015

Bu gün Sumqayıt Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, texnika elmləri doktoru, professor Əbülfəz Babayev dünya və Azərbaycan telekanallarının verilişləri ilə bağlı  AzTV-nin suallarına cavab vermiş, həmçinin ölkə televiziyalarının fəaliyyətinin hansı istiqmətlərdə genişləndirməli olduqları barədə arzu və təkliflərini bildirmişdir.  Sualları və verilmiş cavabları təqdim edirik. 

- Əbülfz müəllim, ilk öncə dünya və Azərbaycan teleməkanları haqqında düşüncələrinizi bizimlə bölüşməyinizi xahiş edərdik.

- Təbii ki, məni digər dünya teleməkanlarından daha çox ölkəmizin televiziya kanalları cəlb edir. İlk növbədə respublikamıızın dünya miqyasında mövqeyi, elm və sənaye sahələrində nailiyyətləri, ictimai-siyasi həyatı, iqtisadiyyatımızdakı, sosial sahələrdəki uğurlarımız, Azərbaycanın bütün regionlarının sürətli sosial-iqtisadi inkişafı məni daha çox maraqlandırır.


Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev: “Xocalı harayının bütün dünyaya, planetin hər bir sakininə çatdırılması hər bir azərbaycanlının vətənpərvərlik borcudur”

24.02.2015

23 il əvvəl -  1992-ci ilin fevralın 26-na keçən gecə Ermənistan və əsasən ermənilərdən ibarət Rusiya hərbi birləşmələrinin quldur dəstələri Xocalı şəhərində ötən əsrin ən dəhşətli qırğınlarından birini törətmişlər. Qarlı-çovğunlu bir qış gecəsi rus-erməni faşistləri ağır hərbi texnika ilə aylarla mühasirədə qalmış bu Azərbaycan şəhərinə hücum edərək, bir-neçə saat ərzində bütün...


Ermənistanın işğalçılıq siyasətinin nəticələri Portuqaliyada keçirilən beynəlxalq tədbirdə də diqqətə çatdırılmışdır

18.02.2015

Bugünlərdə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Yerli və Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin Portuqaliyanın Matosinhos şəhərində keçirilən növbəti  toplantısında iştirak etmişdir.

Tədbirdə Konqresin baş katibi Andreas Kifer  və Monitorinq Komitəsinin rəhbəri Filip Rekevur komitənin son dövrdəki fəaliyyəti barədə Konqres iştirakçılarına  geniş məlumat vermişlər. Sonra üzv ölkələr tərəfindən Avropada yerli və regional demokratiyaya..


Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev İtaliyanın Sumqayıtla qardaşlaşmş Bari şəhərində işgüzar səfərdə olmuşdur

04.02.2015

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Sumqayıt və İtaliyanın Bari şəhərləri arasında 10 il əvvəl təməli qoyulmuş əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədilə bugünlərdə Bari şəhərində işgüzar səfərdə olmuşdur.


Görülən 81 - 90 qədər, 191

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609